Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu – FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Modern.az xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1988-ci il təvəllüdlü Ruslan Adil oğlu Quliyev aldığı xəsarətlərdən vəfat edib.

Onun nəşi dəfn edilməsi üçün Azərbaycana göndərilib.

Mərhumun əslən Qazax rayonundan olduğu bildirilib.

 


Mənbə: Modern.az

Bir cavab yazın