Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib

0

Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə “Sarsılmaz Qardaşlıq – 2026” təlimi keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin X sosial media hesabında məlumat paylaşılıb.

“Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində “Sarsılmaz Qardaşlıq – 2026″ təlimi uğurla həyata keçirilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri “Heydər Əliyev-2026” təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More