Hacıqabul sakini itkin düşdü

0

Hacıqabul sakini itkin düşüb.

Modern.az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur.

Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More