Alabaşlı-Qızılca dəmir yolu əsaslı təmir olunub – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparıb.

Bu barədə Modern.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

“İstismara verildiyi ötən əsrin 50-ci illərindən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək”, – ADY-dən bildirilib.

 

 


Mənbə: Modern.az

Bir cavab yazın