Aktual Bu gün, 13:44 Doğma yurdda xoşbəxt uşaqlıq – VİDEO

0

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə yeni videoçarx hazırlanıb.

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, videoçarxda uşaqların müasir infrastrukturla təmin edilmiş oyun meydançalarında, təbiət qoynunda əylənmələri, onların simasındakı səmimi təbəssümlər ön plana çəkilib. Bu kadrlar təkcə bir kəndin və ya qəsəbənin deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin ismarıcıdır.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More