TƏBİB Azərbaycan səhiyyəsini dəyişir – vətəndaşların üzü gülür

Son illərdə Azərbaycanda səhiyyə sistemində həyata keçirilən islahatlar dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu kontekstdə ttən gün TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in icraçı direkoru təyin edilməsi xüsusi önəmə malikdir. 

Ardıcıı atılan addımlar sayəsində səhiyyə sahəsində həm idarəetmə, həm maliyyələşmə, həm də xidmət keyfiyyəti baxımından mühüm irəliləyişlər əldə olunub. Bu islahatlar artıq yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eləcə də vətəndaşların gündəlik həyatında real, habelə müsbət yönümlü nəticələr yaradır.

Dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri tibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasıdır. İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəticəsində vətəndaşların geniş xidmət paketindən istifadə imkanları təmin olunub, tibbi xidmətlərə çıxış daha əlçatan və şəffaf hala gəlib.

Bu yanaşma səhiyyə xidmətlərinin sosial yönümlülüyünü gücləndirməklə yanaşı, eyni zamanda vətəndaşların dövlət tibb müəssisələrinə etimadını da artırır. 

Son islahatlar çərçivəsində səhiyyə və sosial müdafiə sahələri arasında institusional koordinasiyanın gücləndirilməsi də diqqət mərkəzindədir. Bu kontekstdə icbari tibbi sığorta mexanizmlərinin sosial siyasətlə daha sıx əlaqələndirilməsi istiqamətində addımlar atılır.

Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən funksiyaların sosial müdafiə sistemi ilə daha sıx inteqrasiyası məqsədilə bu sahədə idarəetmə yanaşmasının təkmilləşdirilməsi məqsədilə əhəmiyyətli addımlar atılıb. İcbari tibbi sığorta mexanizmlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə koordinasiyalı şəkildə təşkili sosial təminat və səhiyyə xidmətlərinin daha vahid platformadan idarə olunmasına şərait yaradır.

Bu yanaşma xüsusilə həssas əhali qruplarına xidmətlərin daha effektiv və operativ çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İcbari tibbi sığorta sistemində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə resurslarının daha səmərəli istifadəsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu çərçivədə vəsaitlərin şəffaf idarə olunması, xidmətlərin keyfiyyətinə uyğun maliyyələşdirmə və nəticəyönümlü yanaşmanın tətbiqi gücləndirilir.

Sosial müdafiə və səhiyyə mexanizmlərinin yaxınlaşdırılması maliyyə axınlarının daha koordinasiyalı idarə olunmasına, təkrarlanan xərclərin azaldılmasına və ümumi effektivliyin artırılmasına xidmət edir.

Dövlət proqramları və Prezident sərəncamları əsasında regionlarda müasir tibb müəssisələrinin yaradılması və mövcud infrastrukturun yenilənməsi davam etdirilir. Bu addımlar nəticəsində əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanları genişlənir, regionlar üzrə səhiyyə xidmətlərinin səviyyəsi yüksəlir.

Dövlət tibb müəssisələrinin idarə olunmasında TƏBİB-in rolu gücləndirilməklə yanaşı, bu qurumun fəaliyyətində institusional nəzarət və strateji idarəetmə mexanizmləri də təkmilləşdirilir.

Bu çərçivədə TƏBİB-də müşahidə şurası institutunun tətbiqi idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir. Müşahidə şurası qurumun strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə, idarəetmə qərarlarına nəzarəti gücləndirməyə və uzunmüddətli inkişaf strategiyasını formalaşdırmağa imkan yaradır.

Bu model də öz növbəsində dövlət müəssisələrinin idarə olunmasında müasir korporativ idarəetmə prinsiplərinin tətbiqinə uyğun olaraq formalaşdırılır və səhiyyə sistemində institusional dayanıqlığın artırılmasına yönəlib.

Aparılan islahatlar çərçivəsində rəqəmsal səhiyyə həllərinin tətbiqi genişləndirilir, elektron xidmətlər vasitəsilə vətəndaşların müraciət imkanları artırılır. Bu yanaşma xidmətlərin operativliyini yüksəldir və idarəetmədə şəffaflığı təmin edir.

Bütün bu addımların əsas məqsədi əhaliyə daha keyfiyyətli, əlçatan və davamlı tibbi xidmətlərin göstərilməsidir. Dövlətin ardıcıl siyasəti nəticəsində səhiyyə sistemi daha müasir və effektiv modelə çevrilir. Bundan əlavə, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar kompleks və mərhələli xarakter daşıyır. İcbari tibbi sığorta sisteminin sosial müdafiə mexanizmləri ilə inteqrasiyası və TƏBİB-də institusional idarəetmə alətlərinin gücləndirilməsi bu prosesin məntiqi davamı kimi çıxış edir və gələcəkdə daha dayanıqlı, şəffaf və vətəndaşyönümlü səhiyyə sisteminin formalaşmasına geniş imkanlar yaradır.


Mənbə: Modern.az

Bir cavab yazın