Bakıdan Kürdəmirə ilk qatar çatdı – FOTO
Bakıdan Kürdəmir istiqamətinə yola düşən ilk rəmzi sərnişin qatarı Kürdəmir stansiyasına çatıb.
Modern.az xəbər verir ki, marşrut üzrə ilk səfərə çıxan sərnişinlər media nümayəndələri olub. Qatarın hərəkəti Kürdəmir istiqamətində sərnişindaşımanın bərpası ilə bağlı aparılan hazırlıq işlərinin yekun mərhələsi kimi qiymətləndirilir.
Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Məlumat üçün bildirək ki, bilet satışı 17 aprel tarixindən başlayır. Bilet qiymətlərinin 11 manat 10 qəpikdən başlayacağı qeyd olunub.
***
09:12
Bakıdan Kürdəmir istiqamətinə ilk rəmzi sərnişin qatarı yola düşüb.
Modern.az xəbər verir ki, bu marşrut üzrə ilk səfərə çıxan sərnişinlər media nümayəndələri olub. Qatarın hərəkəti Kürdəmir istiqamətində sərnişindaşımanın bərpası ilə bağlı aparılan hazırlıq işlərinin yekun mərhələsi kimi qiymətləndirilir.
Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Məlumat üçün bildirək ki, bilet satışı 17 aprel tarixindən başlayır.
Mənbə: Modern.az
