İrandan Azərbaycana 3546 nəfər təxliyə olunub

28 fevral saat 08:00-dan 15 aprel saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 3546 nəfər təxliyə olunub.

Modern.az xəbər verir ki, təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır.

Bunlardan 738-i Çin, 620-si Azərbaycan, 384-ü Rusiya, 294-ü Hindistan, 198-i Banqladeş, 195-i Tacikistan, 152-si Pakistan, 137-si İran, 118-i İndoneziya, 84-ü Oman, 57-si Əlcəzair, 46-sı İtaliya, 30-u Almaniya, 27-si Kanada, 26-sı İspaniya, 25-i Fransa, 25-i Qazaxıstan, 21-i Gürcüstan, 21-i Yaponiya, 18-i Səudiyyə Ərəbistanı, 17-si Özbəkistan, 17-si ABŞ, 16-sı Bəhreyn, 16-sı Polşa, 14-ü İsveçrə, 13-ü Nigeriya, 13-ü Belarus, 12-si Macarıstan, 11-i Meksika, 10-iu Böyük Britaniya, 10-u Bolqarıstan, 10-u Konqo Demokratik Respublikası, 9-u Braziliya, 8-i Sudan, 8-i Venesuela vətəndaşıdır.

Bundan başqa, siyahıda BƏƏ, Finlandiya, Slovakiya, Belçika, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya və Avstriyanın 6, Serbiya, İsveç,Əfqanıstan, Türkiyə, Yunanıstan, Vyetnamın 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt və Niderlandın isə hər birinin 4 vətəndaşı yer alır.

Həmçinin Qətər, Xorvatiya, Danimarka, Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniya, Uruqvayın 2, Tunis, Cənubi Afrika, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı Azərbaycana keçib.


Mənbə: Modern.az

Bir cavab yazın