“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatdı- VİDEO

0

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More