Nəcibə Nəsibovanı o əvəz edəcək – Qərar yaxın günlərdə açıqlanacaq

0

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyəcək.

Vətəninfo.az  xəbər verir ki, yaxın günlərdə bu təyinatın açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Nəcibə Nəsibova 1996-ci ildən Türkiyədəki səfirliyimizdə eyni vəzifəni daşımaqda idi. Fəaliyyəti boyunca Türkiyənin bütün şəhərlərində olan tələbələrlə sıx əlaqə quran Nəcibə Nəsibova həmçinin iki ölkə arasında təhsil əməkdaşlığının genişlənməsinə töhfə verən diplomatlarımızdan sayılır.

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More