Von der Leyendən Ankaraya qarşı qərəzli açıqlama

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropanın geosiyasi baxımdan yenidən düşünülməsinin vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, o, “Die Zeit” qəzetinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Rusiya, Türkiyə və Çinin təsirinə məruz qalmamalıdır.

Fon der Lyayen Aİ-nin genişlənməsini dəstəklədiyini qeyd edərək deyib: “Biz Avropa qitəsinin formalaşmasını tamamlamalıyıq ki, o, Rusiya, Türkiyə və ya Çinin təsiri altında qalmasın. Daha geniş və geosiyasi düşünməliyik”.

Onun sözlərinə görə, indiyədək Aİ-nin rəqabət qabiliyyəti ucuz Rusiya enerjisi, Çin istehsalı olan ucuz işçi qüvvəsi və ABŞ-dan gələn ucuz təhlükəsizlik təminatına əsaslanıb. “Bu dövr başa çatıb. Biz tam şəkildə yenidən qurulmalıyıq. Qitəmizin təhlükəsizliyini özümüz təmin etməli və daha müstəqil olmalıyıq”, – deyə o əlavə edib.


Mənbə: Modern.az

Bir cavab yazın