Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri töhfə verir – Prezident

O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması – red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.

 


Mənbə: Modern.az

Bir cavab yazın