Hörmüzdə mina quran bütün gəmilərə atəş açılacaq – prezident
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən gəmiyə qarşı dərhal atəş açılması barədə əmr verib.
Modern.az xəbər verir ki, o bu barədə “Truth social” hesabında paylaşım edib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinə tapşırmışam ki, ölçüsündən asılı olmayaraq, Hörmüz boğazında mina quran bütün gəmilərə məhv edici atəş açılsın. Heç bir tərəddüd olmamalıdır”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, hazırda ABŞ mina axtaran gəmiləri boğazda təmizləmə əməliyyatları aparır.
“Hazırda minatəmizləmə işləri davam edir. Bu fəaliyyətin üç dəfə artırılmasını tapşırıram”, – deyə o əlavə edib.
Tramp həmçinin qeyd edib ki, artıq bölgədə düşmənə məxsus bütün hərbi gəmilər zərərsizləşdirilib.
Mənbə: Modern.az
