Azərbaycan XİN-dən Türkiyəyə bayram təbriki

0

Azərbaycan XİN Türkiyəni 23 Aprel münasibətilə təbrik edib

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.

Paylaşımda qeyd olunub ki, Mustafa Kamal Atatürkün uşaqlara ithaf etdiyi bu gün sülhün, dostluğun və gələcəyə ümidin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi əsasında qurulan qardaşlıq və strateji müttəfiqlik münasibətləri ortaq tarix, mədəniyyət və dəyərlər üzərində daha da möhkəmlənir.

XİN qardaş Türkiyəyə sülh, rifah və davamlı inkişaf, bütün uşaqlara isə sağlam və xoşbəxt gələcək arzulayıb.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More