Şəhid qızından böyük uğur: 290 bal topladı, həkim olmaq istəyir

Göygöl rayonunda təhsil alan abituriyent Ayan Niftəliyeva buraxılış imtahanında yüksək nəticə göstərərək 300 mümkün baldan 290-nı toplayıb.

Modern.az xəbər verir ki, Ayan Niftəliyeva Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızıdır. Onun əldə etdiyi bu uğur həm ailəsi, həm də onu tanıyanlar tərəfindən böyük qürur hissi ilə qarşılanıb.

Məlumata görə, Ayan gələcəkdə tibb sahəsində təhsil almağı, həkim olaraq insanlara faydalı olmağı qarşısına məqsəd qoyub. Onun bu seçimi ailəsində də davam edən bir ənənə ilə üst-üstə düşür. Belə ki, Ayanın qardaşı hazırda Azərbaycan Tibb Universitetində stomatologiya ixtisası üzrə təhsil alır.

Qeyd edək ki, Ayan Niftəliyevanın nəticəsi ölkə üzrə ən yüksək göstəricilərdən biri hesab olunur. Onun qarşıdakı qəbul imtahanlarında da yüksək nəticə əldə edəcəyi gözlənilir.
 


Mənbə: Modern.az

Bir cavab yazın