Sumqayıtda 25 min abonentin suyu KƏSİLƏCƏK

0

Sumqayıt şəhəində 25 min abonentin su təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Qeyd olunub ki, şəhərdə magistral su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb. Görülən işlərlə əlaqədar olaraq saat bu gün 10:30-dan etibarən şəhərin bəzi ərazilərində su təchizatında fasilə yaranacaq.

Məlumata görə, qəza səbəbindən təxminən 25 min abonentin su təminatında müvəqqəti məhdudiyyət olacaq.

Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More