Neçə məktəbdə monitorinqlər aparılıb?
MÜTDA tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib.
Modern.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı qeyd edib.
“Monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib”, – deyə o qeyd edib.
Mənbə: Modern.az
