257 nömrəli məktəbdəki hadisə ilə bağlı polis ARAŞDIRMA APARIR

Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.


Mənbə: Modern.az

Bir cavab yazın