2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində Yasamal rayonunda iyun ayının 19-da 2 nömrəli Bakı Baza Tibb kollecində tədbir keçirildi.  Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim müəllim Əliyev,  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü 20 saylı Vəkil bürosunun vəkili Səadət xanım Abdullazadə, 2 nömrəli Bakı Baza Tibb kollecinin Qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri, Ərazi Partiya Təşkilatının sədri Gülər xanım Quluzadə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zinyət xanım Ağamalıyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü 20 saylı Vəkil bürosunun vəkili Məhrurə xanım Kərimova, kollecin müəllim və tələbələri iştirak edib. Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.

İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və tələbələri salamlayıb. Layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tətbirlər barəsində məlumat verib. Məişət zorakılığı təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin sosial rifahına mənfi təsir göstərən ciddi problemdir və onun qarşısının alınması üçün hər bir vətəndaşın maariflənməsi vacibdir. İB-in sədri Hicran xanım sözü verib Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının katibi Rasim müəllim Əliyev çıxış edərək ailə institutunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və zorakılığın profilaktikası istiqamətində görülən işlərdən bəhs etdi. Layihənin eksperti Gövhər xanım Quliyeva məişət zorakılığının psixoloji və sosial təsirləri, zorakılığın erkən əlamətləri və ondan müdafiə yolları barədə iştirakçılara ətraflı məlumat verdi. 2 Nömrəli Bakı Baza Tibb kollecinin Qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri, Ərazi Partiya Təşkilatının sədri Gülər xanım Quluzadə çıxışında bu cür maarifləndirici layihələrin tələbələrin hüquqi biliklərinin artırılmasında və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğuladı. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü 20 saylı Vəkil bürosunun vəkili Səadət xanım Abdullazadə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zinyət xanım Ağamalıyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü 20 saylı Vəkil bürosunun vəkili Məhrurə xanım Kərimova məişət zorakılığı qurbanlarının hüquqları, mövcud qanunvericilik, müdafiə mexanizmləri və hüquqi yardım imkanları barədə çıxış etdilər, iştirakçıların suallarını cavablandırdılar. Tədbir interaktiv müzakirələr şəraitində davam etdi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı, məişət zorakılığı ilə mübarizədə hər bir vətəndaşın məsuliyyəti və sosial həmrəyliyin əhəmiyyəti qeyd olundu.

“Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi gələcəkdə də cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirəcəyini bildirib.

Tələbələrə tədbirin əvvəlində dəftərxana ləvazimatları  paylanılıb. Tələbələrə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək tədbirin onlar üçün faydalı və maraqlı olduğunu qeyd etmişlər. Tədbirin sonunda iştirak edən qonaqlar və tələbələr ilə xatirə şəkilin çəkiliməsilə yekunlaşıb.

 

Bir cavab yazın