İlham Haqverdiyev azadlığa buraxıldı

0

Müdafiə Nazirliyinin (MN) “İstirahət evi”nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunub və İ.Haqverdiyevə cərimə cəzası kəsilib.

Qeyd edək ki, İ.Haqverdiyev 2025-ci ilin oktyabr ayında həbs olunub.

O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi üzrə ittiham olunur.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More