Bayrağa hörmətsizlik edən şəxsi polis saxladı – VİDEO – YENİLƏNİB

Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

***

11:17

Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaşlar ona irad tutublar.

Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.

Əldə etdiyimiz məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.


Mənbə: Modern.az

Bir cavab yazın