Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşdı

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi nümayəndə heyəti ilə birlikdə Şuşa şəhərindən foto paylaşıb.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz “X” hesabında paylaşım edib. 

Paylaşımda arxa planda hazırda tikintisi davam edən Şuşa məscidi də yer alır. Prezidentin köməkçisi fotoya əlavə etdiyi qeyddə məscidin görüntüsünün açıq şəkildə seçildiyini vurğulayıb.

Qeyd edək ki, Şuşada inşa edilən yeni məscid şəhərin memarlıq simasına uyğun şəkildə tikilir və onun layihəsində xüsusi simvolik elementlər nəzərdə tutulub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More