Aktual Bu gün, 15:30 Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq – RƏSMİ

0

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç sərhədlərin açılması ilə bağlı məsələyə münasibət bildirib.

Modern.az xəbər verir ki, Serdar Kılıç  “Sputnik Armenia”nın sualına cavab olaraq bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı konkret müzakirələr hələ aparılmayıb.

S. Kılıç vurğulayıb ki, sərhəd yalnız müəyyən formal mərhələlər başa çatdıqdan, kommunikasiya məsələləri həll edildikdən və digər texniki-bürokratik prosedurlar tamamlandıqdan sonra açılacaq.

Diplomat əlavə edib ki, Türkiyə bu istiqamətdə siyasi iradəsini hələ 2022-ci ildə ortaya qoyub, lakin sərhədin nə vaxt açılacağını dəqiq demək mümkün deyil. O həmçinin bildirib ki, hazırda bununla bağlı konkret vaxt proqnozu vermək çətindir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More