Kaya Kallas Azərbaycana gəldi

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib.

Modern.az xəbər verir ki, K.Kallasın səfəri barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Kallasın Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Kaya Kallasın səfərlə bağlı açıqlamasında Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaş adlandırılıb. O, Bakıda olmaqdan məmnun olduğunu vurğulayıb.

Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq”, – deyə Kallas bildirib. 

K.Kallas Azərbaycan və Ermənistan arasında sülh prosesini qoruyub saxlamağın vacibliyini də qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın