Müəllimlərin sertifikasiyasında hansı yeniliklər edilməlidir?

AzEdu.az Təhsil Portalı Müəllimlərin sertifikatlaşdırılması prosesi, onun cari qaydaları və təhsilverənlərin onlara münasibətini əks etdirən sorğu keçirir. 

Modern.az xəbər verir ki, təqdim olunan  kəmiyyət sorğusu sertifikasiya prosesinin müsbət və mənfi qarşılanan detallarının üzə çıxmasına zəruri şərait yaradacaq. Sorğunun məqsədi təhsilverənlərin real təcrübələrini, qarşılaşdıqları çətinlikləri və proseslə bağlı fikirlərini bir araya toplamaqdır. 

Sosial şəbəkələrdə müxtəlif fənlərlə bağlı keçirilən sertifikasiyalardan sonra müəllimlərin müəyyən məsələlərlə bağlı narazılıq və təkliflərinin şahidi olmuşuq. 

Daha çox narazılıq yaradan detalların dəqiqləşdirilməsi məqsədilə keçirilən sorğunun nəticələri həm də AzEdu Analitik Təhsil Mərkəzi tərəfindən hazırlanacaq hesabata daxil ediləcək.  

Beləliklə, bu nəticələr həm də  gələcək təhlil və ictimai müzakirələr üçün mühüm baza rolunu oynayacaq.
Sorğu aidiyyati qurumlara müəllimlərin fikir və düşüncələrini, müəyyən hadisələrlə bağlı rəylərinin çatdırılması və dataların təqdimi baxımından dəstək xarakterlidir. 

Bu səbəbdən də AzEdu Təhsil Platforması olaraq aidiyyati qurumların sorğu nəticələri və analitik materiallarına ictimai dəstək xarakterli motiv kimi yanaşacaqlarına ümid edirik.

Bu baxımdan, mövcud narazılıqların real həlli istiqamətində addımların atılmasına zəmin yaratmaq məqsədilə müəllimləri sorğuda fəal iştirak etməyə dəvət edirik.

Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər. 

SUAL: Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?

-Əmək haqqı artımının konkret keçid balı əsasında deyil, differensial qaydada tətbiqi;

-Kurikulum məzmununa aid sualların sayının azaldılması və praktik biliklərə üstünlük verilməsi;

-Müsahibə mərhələsinin nəticələrinin əməkhaqqı artımında nəzərə alınması;

-Müəllimlərin İKT bacarıqlarının sertifikasiyadan öncə inkişaf etdirilməsi;

-MİQ-dən keçən müəllimlərin sertifikasiya prosesinə 3 il gözləmədən cəlb edilməsi;

-Məktəb direktorları və müavinlərinin də sertifikasiya prosesinə daxil edilməsi;

-Sertifikatlaşdırmadan bir dəfə uğursuz nəticə göstərmiş təhsilverənlərə təkrar iştirak üçün iki dəfə imkan yaradılması;

-Sertifikatlaşdırmada könüllü iştirak edən 60 yaşdan yuxarı müəllimlərin əməkhaqqı üzrə imtiyazlarının genişləndirilməsi;

-Müəllimlərin fərdi uğur göstəricilərinin, tədqiqat işlərinin sertifikasiya qiymətləndirilməsinə tətbiqi;

-Sertifikasiyanın test imtahan mərhələsi üçün nəzərdə tutulan vaxtın artırılması;

-Müsahibə mərhələsindəki qayda və tələblərin tətbiqi;

-Digər variant. (Burada sizin öz fərdi təklif və təşəbbüsünüz ola bilər. Əlavə təklifləri AzEdu Təhsil Portalının vatsap nömrəsinə yollaya bilərsiniz: 055 329 48 78)

Sorğu 11 may 2026-cı il tarixindən etibarən başlayır və 20 may 2026-cı il saat 23:59-dək davam edəcək.


Mənbə: Modern.az

Bir cavab yazın