Su sayğacları oğurlayan şəxs saxlanıldı

0

Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib. 

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb. 

Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.

Araşdırmalar aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More