Təhsildə yenilik – ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
Təhsil üzrə bir sıra mühüm xidmətlər elektron hökumət portalına – mygov-a inteqrasiya olunub.
Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin platformaya inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.
Beləliklə, mygov ilə:
– abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı,
– bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı,
– ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı,
– məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu aparılacaq.
Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından “Xidmətlər” bölməsindən “Elm və Təhsil Nazirliyi” və ya “Təhsil” sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz.
Mənbə: Modern.az
