Bakı müasir, canlı və qlobal şəhərlərə çevrilib – Baş nazir

Şəhərlərin dayanıqlığı yalnız inkişafın insan mərkəzli, iqlimə həssas və məlumat əsaslı olduğu halda mümkündür.

Modern.az xəbər verir ki, bunu Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Liderlər Sammitində deyib.

O bildirib ki, Bakı müasir şəhər infrastrukturu, qlobal bağlantılar və transformasiyanın nümunəsidir:

“Bakının tarixi İçərişəhəri ortaq sivilizasiya bağlarını, qədim ticarət yollarını və Pakistanla Azərbaycan arasında əsrlərə söykənən əlaqələri əks etdirir”.

Məryəm Nəvaz Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf və dayanıqlı şəhərlərlə bağlı baxışlarını yüksək qiymətləndirib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı müasir, canlı və qlobal şəhərlərə çevrilib”.

O qeyd edib ki, Pakistanın sabiq Baş naziri Nəvaz Şəriflə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlər mövcud olub:

“Onlar ruhən qardaş idilər və bu dostluq bu gün də Pakistan-Azərbaycan münasibətlərinin gücünü müəyyən edir”.

Pəncab əyalətinin baş naziri bildirib ki, əhalisi 130 milyondan çox olan bölgədə şəhərlərin necə qurulması və insan ləyaqətinin necə təmin olunması istiqamətində transformasiya həyata keçirilir.

“Şəhərlər yalnız yollar və binalardan ibarət deyil. Şəhərlər insan hekayələridir. Orada insan ləyaqəti ya qorunur, ya da inkar olunur”.

Məryəm Nəvaz qeyd edib ki, vəzifəyə başladıqdan sonra ilk addımlardan biri bütün əyalət üzrə qapı-qapı sosial-iqtisadi məlumat bazasının yaradılması olub:

“Əgər bir problem ölçülmürsə, onu həll etmək mümkün deyil”.

Onun sözlərinə görə, əsas prioritetlərdən biri mənzil təminatıdır. 

“Bir ildən az müddətdə 160 mindən çox ailə mənzil dəstəyi alıb, 100 mindən çox ailə isə artıq yeni evlərinə köçüb.

Hər rəqəmin arxasında bir insan taleyi dayanır. Bu, sadəcə mənzil deyil. Bu, daimi ləyaqət deməkdir”.

O əlavə edib ki, Pəncabda 2 mindən çox kənd təmiz içməli su, kanalizasiya, drenaj sistemi, asfalt yollar və günəş enerjisi infrastrukturu ilə təmin olunur:

“Dünyanın heç bir yerində qadınlar ailəsi üçün kilometrlərlə su daşımağa məcbur olmamalıdır. Heç bir uşaq təhlükəli içməli su səbəbindən əziyyət çəkməməlidir”. 

Məryəm Nəvaz qeyd edib ki, Pəncabda ümumi dəyəri 2 milyard dollardan çox olan şəhərsalma proqramı həyata keçirilir. 

“Layihələr çərçivəsində yollar, drenaj və kanalizasiya sistemləri, su anbarları və dayanıqlı şəhər infrastrukturu yenidən qurulur. Son iki ildə 13 min kilometrdən çox yol tikilib və istifadəyə verilib. Bu yollar icmaları yenidən birləşdir


Mənbə: Modern.az

Bir cavab yazın