Aktual Bu gün, 10:36 Biz 30 ildə keçsə də bu problemi birdəfəlik həll etdik – VİDEO

“Problemləri həll etmək üçün yetərincə yol var. Bu problemdən çıxa bilmirsinizsə, deməli problem sizdədir. Sovet dövründə də ideoloqlar ölkə ərazisində müəyyən problemləri qoruyub saxlayırdılar. Çünki Sovet rejiminə lazım olan bu problemləri qabardaraq öz istəyinə uygun onun inkişafına nəzarət edirdilər.”

Modern.az xəbər verir ki, bu fikirləri Palanet FM radiosuna açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, keçən əsrin 90-cı illərində də Kreml keçmiş sovet respublikalarında qaynar ocaqlar yaratdılar.

“Elə ermənilərin savaşa başlaması və Qarabağı işğal etməsi də bu işlərin nəticəsi idi. Biz 30 ildə keçsə də bu problemi birdəfəlik həll etdik.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

 


Mənbə: Modern.az

Bir cavab yazın