Beynəlxalq humanitar hüquqa hörmət zəifləyir – BMT
Şəhərlərin dağıdılmasının və insanların məcburi köçkünə çevrilməsinin qarşısı alınmalıdır
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya “Böhran sonrası bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı panel sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, əgər qarşısının alınmasına investisiya qoymuruqsa, gələcəkdən danışmaq çətindir:
“Şəhər böhranları insan hüquqları pozuntularının və beynəlxalq humanitar hüquqa hörmətin zəifləməsinin nəticəsidir.
O bildirib ki, bu vəziyyət hazırda Qəzza, Suriya və Ukraynada açıq şəkildə müşahidə olunur.
P.Qavriya onu da əlavə edib ki, yenidənqurma prosesi yalnız əvvəlki vəziyyəti bərpa etməklə məhdudlaşmamalıdır:
“Yenidənqurma daha təhlükəsiz, inklüziv və dayanıqlı icmalar yaratmalıdır. İnsanlar ləyaqətlə və gələcəyə inamla yaşaya bilməlidirlər”.
Mənbə: Modern.az
