Bakı-Tbilisi-Bakı marşrutu üzrə neçə qatar olacaq? – AÇIQLAMA
Bakı–Tbilisi–Bakı qatar marşrutunun 6 illik fasilədən sonra bərpa edilməsi ətrafında çoxsaylı suallar yaranıb.
Vətəndaşları maraqlandıarn suallardan biri bu marşrut üzrə neçə qatarın hərəkət edəcəyidir.
Modern.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 2 qatar hərəkət edəcək.
Qurum Bakı-Tbilisi qatarında minimal qiymətin (81 AZN) hansı yerlərə şamil olunduğuna da aydınlıq gətirib.
“Səfər tarixindən 25–30 gün əvvəl yer seçimi mərhələsində yuxarı mərtəbə (2-ci mərtəbə) seçildikdə yataq yeri 81 AZN olaraq göstərilir.
Məlumat üçün bildiririk ki, dinamik qiymət siyasətinə əsasən tələbatın yüksək olduğu günlərdə və səfər tarixinə yaxınlaşdıqca qiymətlər dəyişə bilər. Əvvəlcədən planlaşdırılmış səyahətlərdə isə daha münasib tariflərdən və endirim imkanlarından yararlanmaq mümkündür”, – ADY bəyan edib
Mənbə: Modern.az
