9 yaşlı əkiz bacılar İlham Əliyevə məktub YAZDILAR
Türkiyənin Bursa əyalətində yaşayan 9 yaşlı əkiz bacılar – Sare və Elif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıblar.
Modern.az xəbər verir ki, bu barədə Preziden.az saytındakı məlumatda bildirilib.
Əkiz bacıların məktubunda deyilir:
“Hörmətli Prezident,
Biz Türkiyənin Bursa əyalətində yaşayırıq, 9 yaşlı əkiz bacılarıq. Hələ balaca olarkən valideynlərimizdən eşitdiyimiz “Qarabağ bizimdir!” sözlərini tez-tez uca səslə deyərdik. Uşaq oyunları oynayanda da dediyimiz bu sözlər haqqında soruşarkən bizə Qarabağın işğal olunduğunu dedilər. Hər ikimiz başa düşürdük ki, valideynlərimiz bu hala çox üzülür, biz də üzülürdük.
Siz Qarabağı azad edəndə bizim ailə də bayram idi, biz də çox sevinirdik. Türkiyə ilə Azərbaycanın qardaş ölkə olduğunu bilirik və Qarabağı azad etdiyiniz üçün Sizə təşəkkür edirik.
Azərbaycana həsr etdiyimiz şeiri Sizə təqdim etmək istəyirik.
İşğal altındaydı Azərbaycan torpaqları,
Azad olundu o torpaqlar sayəndə,
Böyük Lider oldun o gün Sən,
Xalq coşdu sevincdən.
Bu zəfərlə bizi xoşbəxt etdin Sən.
Anadolu torpaqları da üzülmüşdü bu işğala,
Sən böyük Lider, əsl Öndər,
Qarabağı azad etməklə Sən,
Qurtardın yaşıl çəmənləri, mavi göyləri.
Bu zəfərlə bizi xoşbəxt etdin Sən.
Qoy qardaş Azərbaycan daim güclü olsun!
Hörmətlə,
Sare və Elif, Türkiyə Respublikasının 9 yaşlı vətəndaşları”.
Mənbə: Modern.az
