ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

0

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban bayramı ilə əlaqədar təbrik mesajı ünvanlayıb.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

“ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik.

Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

Qurban Bayramınız mübarək!”.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More