AZAL Gəncə – Sankt-Peterburq uçuşlarını bərpa etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə – Sankt-Peterburq – Gəncə marşrutu üzrə mövsümi uçuşları bərpa edib.
Bu barədə Modern.az-a aviaşirkətdən məlumat verilib.
“Gəncədən təyyarə bu gün (dünən-red) Bakı vaxtı ilə saat 16:20-də Sankt-Peterburqa yola düşüb. Reyslər həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək”, – AZAL-dan qeyd olunub.
Aviaşirkət xatırladıb ki, bu istiqamətdə uçuş sonuncu dəfə 2025-ci il yayın sonlarında həyata keçirilib. Onun bərpası yay turizm mövsümünün başlanması ilə əlaqədardır.
Mənbə: Modern.az
