Elektron ticarətlə məşğul olanlar oxusun: Bu gündən qüvvədədir

Bu gündən – 2026-cı il iyunun 1-dən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar üç müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.

“SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış əldə edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.

Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur.


Mənbə: Modern.az

Bir cavab yazın