Rusiya aviasiya yanacağının ixracına qadağa qoydu

0

Rusiya hökuməti aviasiya yanacağının (kerosin) ixracına cari ilin 30 noyabr tarixinədək müvəqqəti qadağa qoyub. 
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Rəsmi Moskva bu qərarı Rusiyanın neft-qaz infrastrukturuna yönələn xarici təzyiqlər və daxili bazarda yarana biləcək qıtlığın qarşısını almaq məqsədilə atıb. Rusiya reaktiv mühərrik yanacağını əsasən dəmir yolu vasitəsilə Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana ixrac edir.
Hökumətin rəsmi bəyanatında bildirilir ki, bu qərarın əsas məqsədi daxili yanacaq bazarında sabitliyi təmin etməkdir.

Töhfə Səməd


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More