İran şahzadəsi – İranlıların azadlığı uğrunda mübarizə aparırıq

Sürgündə yaşayan İran şahzadəsi Nur Pəhləvi bildirib ki, ailəsinin əsas məqsədi İranda azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır.

Modern.az xəbər verir ki, o, bu barədə Norveçdə keçirilən Oslo Azadlıq Forumunda çıxışı zamanı danışıb.

Nur Pəhləvi qeyd edib ki, atası Rza Pəhləvi və ailəsi uzun illərdir azadlıqdan məhrum olan iranlıların hüquqları uğrunda mübarizə aparır.

“Atamın məqsədi, eləcə də ailəmizin məqsədi birdir – azad və ədalətli seçkilərə keçid. İranlılar öz gələcəklərini özləri müəyyən etməlidirlər. Biz taxt uğrunda deyil, 47 ildir azadlıqdan məhrum edilmiş xalqın azadlığı uğrunda mübarizə aparırıq”, – deyə şahzadə bildirib.

Qeyd edək ki, Pəhləvi ailəsi 1979-cu ildə İranda baş vermiş İslam inqilabından sonra ölkəni tərk edib və o vaxtdan sürgündə yaşayır.


Mənbə: Modern.az

Bir cavab yazın