Keçmiş məhkumdan eyni cinayət

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.

Modern.az xəbər verir ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.


Mənbə: Modern.az

Bir cavab yazın