Ermənistanda parlament seçkiləri: Seçici fəallığı – 49%

İrəvan vaxtı ilə saat 17:00-a, yəni səsvermənin başa çatmasına 3 saat qalmış Ermənistanda növbədənkənar parlament seçkilərində seçici fəallığı 48,92% təşkil edib.

Modern.az bu barədə Ermənistan KİV-nə istinadla xəbər verir.

Ölkənin Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, bu saata qədər 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si səsvermə qutularına yaxınlaşıb.
 

Beləliklə, seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə təxminən 11% yüksəkdir. 5 il əvvəl keçirilən parlament seçkilərində isə saat 17:00-a qədər seçicilərin yalnız 38,17%-i (989 972 seçici) səs vermişdi.

Seçicilərin üçdə birindən çoxunun yaşadığı Ermənistanın paytaxtı İrəvanda fəallıq 48,52% (412 168) təşkil edib.


Mənbə: Modern.az

Bir cavab yazın