Qanunsuz silah saxlama halları ifşa edildi

İyunun 9-da polis əməkdaşları paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkarlayıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 39 ədəd patron götürülüb.

Qanunsuz silah-sursatın aşkar edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.


Mənbə: Modern.az

Bir cavab yazın