İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana PUA ilə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Axtarışlar zamanı sərhədyanı ərazidən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə – marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Mənbə: Modern.az

Bir cavab yazın