Nazirin məzunlarla “Son zəng” rəqsi – VİDEO

Elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərindəki məktəblərdən birində keçirilən “Son zəng” tədbirində məzunların sevincinə qoşulub.

Modern.az xəbər verir ki, tədbir zamanı nazir məzunlarla birlikdə rəqs edib. Belə ki, səmimi atmosferdə keçən həmin anlar tədbir iştirakçılarının – müəllimlərin, məzunların, valideynlərin diqqətini çəkib.

Qeyd edək ki, bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilir.

Həmin görüntüləri təqdim edirik: 

 


Mənbə: Modern.az

Bir cavab yazın