Bakıda maşından 2 telefon oğurlandı

Nəsimi rayonunda avtomobildən naməlum şəraitdə 2500 manat dəyərində 2 ədəd mobil telefon oğurlanıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.


Mənbə: Modern.az

Bir cavab yazın