Tanınmış vəkilin qızı qəzada həlak oldu – YENİLƏNİB
Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.
Modern.az-ın məlumata görə, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.
Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
(e-huquq)
***
18:03
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. Belə ki, 77 GP 074 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobillə motosiklet toqquşub.
Qəza nəticəsində motosikleti idarə edən 17 yaşlı qız xəsarət alıb. Həmin şəxsin aldığı xəsarətlərdən həyatını itirdiyi bildirilir.
Hadisə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün TƏBİB-ə sorğu ünvanlanıb.
Mənbə: Modern.az
