Qaxda 1 ton çətənə kolu məhv edildi

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib.


Mənbə: Modern.az

Bir cavab yazın