Qubada sürüşmə davam edir

Quba rayonunun ərazisində – Qusarın inzibati sərhəddinə yaxın yerdə sürüşmə baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Modern.az-a verilən məlumata əsasən, sürüşmə prosesi iyunun 20-də yerli vaxtla saat 09:46:34-də başlayıb və hazırda da davam edir.

Ərazidə yaşayış məntəqəsi yoxdur.


Mənbə: Modern.az

Bir cavab yazın