Ölkələr arasında Azərbaycanla Qazaxıstan fərqləndirildi
Azərbaycanın mühüm üstünlüklərindən biri milli maraqlarına zidd olan hallarda tamamilə müstəqil mövqe sərgiləyə bilməsidir.
Modern.az xəbər verir ki, bu fikirləri “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
Mərkəzi Asiya, Cənubi Qafqaz və Balkanlar coğrafiyasında orta güc kimi çıxış edən ölkələr arasında Azərbaycan və Qazaxıstanın xüsusi yer tutduğunu deyən mərkəz rəhbəri rəsmi Bakının regional çəkisini belə xarakterizə edib:
“Ölkəmiz bu gün Cənubi Qafqazın geosiyasi və geoiqtisadi gündəliyini təkbaşına formalaşdıran əsas dövlətdir. Azərbaycanın fərqli geosiyasi qütblərlə və məkanlarla eyni vaxtda balanslı əməkdaşlıq etməsi onun manevr imkanlarını genişləndirir, eləcə də beynəlxalq mövqeyini daha da gücləndirir”.
Mənbə: Modern.az
