Ermənistan MSK: Parlament seçkilərinin ləğvi üçün hüquqi əsas yoxdur

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi üçün hüquqi əsasların olmadığını bildirib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsində çıxışı zamanı MSK sədrinin müavini Nune Ovannisyan deyib.

Onun sözlərinə görə, ayrı-ayrı seçki məntəqələrində qeydə alınan pozuntular seçkilərin ümumi nəticələrinin etibarsız sayılması üçün əsas ola bilməz.

“Seçkilər yalnız o halda etibarsız hesab edilə bilər ki, baş vermiş pozuntular Mərkəzi Seçki Komissiyasına səslərin real hesablanmasını aparmağa imkan verməyəcək qədər genişmiqyaslı olsun”, – deyə Ovannisyan vurğulayıb.
 


Mənbə: Modern.az

Bir cavab yazın