Deputatın evindən milyonlar çıxdı – FOTO
İraq Parlamenti növbəti böyük korrupsiya qalmaqalı ilə sarsılıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları Bağdadın “Yaşıl zona”sında keçirdikləri gecə reydləri zamanı irimiqyaslı əməliyyat reallaşdırıb. Antikorrupsiya dalğası çərçivəsində aralarında yüksək rütbəli məmurlar və deputatların da olduğu 47 nəfər həbs edilib.
Həbs olunanlar arasında ən diqqətçəkən şəxs isə İraq parlamentinin üzvü Aliyə Nəssif olub. Məlumata görə, məhkəmə orqanlarının qərarı və parlamentin onun toxunulmazlığını ləğv etməsindən sonra deputat saxlanılıb.
Yerli medianın və sosial şəbəkələrin yaydığı görüntülərə görə, deputatın evindən 20 milyard İraq dinarından (təxminən 15.5 milyon ABŞ dolları) çox pul və qızıl-zinət əşyaları tapılaraq müsadirə edilib.
Mənbə: Modern.az
