7 yaşında 116 kiloqram idi – faciəvi sonluq
Miçiqanda 7 yaşlı, 116 kiloqram çəkisi olan uşağın ölümündən sonra valideynlərinə qarşı ağır ittihamlar irəli sürülüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, valideynlər illərlə uşağı əsasən çips və kartof fri ilə qidalandırıblar. Nəticədə onda ağır piylənmə yaranıb və ömrünün son aylarında yerimək qabiliyyətini itirib.
Bildirilir ki, uşaq demək olar ki, bütün gününü yataqda keçirib. Valideynləri onu yalnız bir dəfə həkim müayinəsinə aparıb, daha sonra isə xəstəxanaya müraciət etməyiblər.
İstintaq materiallarında ailənin yaşadığı evdə ciddi antisanitar şəraitin hökm sürdüyü də qeyd olunur. İddialara görə, uşaqda yaranan ürək problemləri sonda onun ölümünə səbəb olub.
Prokurorluq valideynlərə qarşı ikinci dərəcəli qətl də daxil olmaqla bir neçə maddə üzrə ittiham irəli sürüb.
Mənbə: Modern.az
